İDMAN


Qədir Hüseynov beynəlxalq turnirin liderindən yarım xal geridədir

Bakı, 6 iyul, AZƏRTAC

Fransanın kurort şəhəri Portiççoda (Korsika) beynəlxalq şahmat turniri davam edir.

AZƏRTAC xəbər verir ki, turnirdə 144 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeysterlər Qədir Hüseynov və Eltac Səfərli təmsil edir.

Altı turdan sonra 5,5 xal toplamış polşalı şahmatçı Mixail Krasenkov hamıdan irəlidədir. Azərbaycanlı qrossmeyster Qədir Hüseynov, fransız şahmatçılar Mattieu Kornett, Sebastyan Maze, hindli Mi Kartikeyan, belaruslu Sergey Jiqalko və Andorradan Robert Aloma ondan yarım xal geridədir.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.