İQTİSADİYYAT


Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100252S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 75 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 26,718,500.00 manat təşkil edib. Sifarişlər 98.8879 manat (14.9948 faiz) və 98.9410 manat (14.2711 faiz) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8879 manat (14.9948 faiz), orta ölçülmüş qiyməti 98.8913 manat (14.8494 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların ödəmə tarixi 07.12.2016-cı ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.