REGİONLAR


Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur

Bakı, 10 iyul, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Qusar-Xudat avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir olunur.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci kilometrindən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13,7 kilometrlik hissəni əhatə edir.

Təmir-bərpa işləri zamanı yolun 10,7 kilometrlik hissəsi 6 metrdən 7 metrə qədər, 3 kilometrlik hissəsi isə 5 metrdən 11 metrədək qədər genişləndirilib.

Aparılan işlər çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, genişləndirilmiş və zəruri olan digər hissələr xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, hazır olan hissələr isə asfaltlanır.

Hazırda yolun 3 kilometrlik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Bundan başqa, zəruri olan yerlərdə yol kənarlarına səki daşları düzülür. Ümumilikdə yola 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi və 6 min poqonmetr səki daşının düzülməsi nəzərdə tutulub.

Yüksək keyfiyyətlə aparılan təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd olunub ki, 1967-1968 -ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.