REGİONLAR


Rabitə və yüksək texnologiyalar naziri Tərtərdə vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 11-də saat 14:00-da Tərtər şəhərində Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarının və Yevlax şəhərinin əhalisinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Tərtər rayonunda (02223) 61554, Yevlax şəhərində (02233) 64646, Ağdam rayonunda (02632) 50632, Bərdə rayonunda (02020) 51515, Xocalı rayonu üzrə (02235) 21698 nömrəli telefonlara zəng etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.