CƏMİYYƏT


Rekord göstərici hələ qeydə alınmayıb

Bakı, 4 avqust, AZƏRTAC

İyul-avqust yayın ən isti aylarıdır. Cari ildə də hər il olduğu kimi yüksək temperatur müşahidə olunmaqdadır. Avqustun ilk ongünlüyündə havanın isti keçməsi, bəzi günlərdə hərarətin Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə 43 dərəcəyədək yüksəlməsi gözlənilir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova iyulun gözlənilən kimi keçdiyini, havanın temperaturunun iqlim normasına yaxın və 1 dərəcə yuxarı olduğunu bildirib. O, rekord göstəricinin hələ qeydə alınmadığını da vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.