CƏMİYYƏT


Respublika çaylarında suyun səviyyəsi azalıb

Bakı, 4 avqust, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 32 kubmetr olmaqla ongünlük normanın 24 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 100 kubmetr olmaqla, ongünlük normanın 75 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 12,5 kubmetr olmaqla, ongünlük normanın 18 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 113 kubmetr təşkil edərək ongünlük normanın 163 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Bankə məntəqələrində 2, Salyanda 6 santimetr azalma, Surrada 4, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348, Şirvanda 191, Salyanda 127, Bankədə 175, Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.