DÜNYA


Rusiya və Türkiyə prezidentləri ilin sonunadək bir daha görüşə bilərlər

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin sonunadək daha bir görüş keçirə bilərlər. Bu barədə Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım məlumat verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, səfir iki ölkə liderlərinin ilin sonunda Sankt-Peterburqda görüşünün planlaşdırıldığını deyib. Kremlin mətbuat xidməti hələlik bu barədə məlumat verməyib.

Bir qədər əvvəl RF Prezidentinin mətbuat katibi Dmitri Peskov liderlərin oktyabrın əvvəllərində Türkiyədə görüşünün ola biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Kremldə Rusiya Prezidentinin İstanbula səfərini istisna etmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.