SİYASƏT
SƏRHƏD QOŞUNLARI QƏRARGAHINDA ELMİ-PRAKTİK KONFRANS
Martın 30-da Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları qərargahında sərhədçi hərbi qulluqçular arasında milli özünüdərkin formalaşması mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları soyqırıma məruz qalmış azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sərhəd Qoşunlarının, Prezidentin İcra Aparatının, Yeni Azərbaycan Partiyasının nümayəndələri və başqaları konfransda çıxış edərək, müzakirə olunan problemin vacibliyini vurğulayaraq bildirdilər ki, azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox problemlərlə üzləşmişdir. Onların bir çoxunun səbəbi ondan ibarət idi ki, Sovet İttifaqı dövründə mövcud olan quruluş milli kadrların öz xalqına məhəbbət ruhunda tərbiyə edilməsinə imkan vermirdi. Yalnız müstəqillik əldə olunduqdan və xüsusilə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra respublika vətəndaşlarında milli özünüdərkin formalaşması dövlət səviyyəsində aparılmağa başlandı və buna Silahlı Qüvvələrdə, o cümlədən Sərhəd Qoşunlarında böyük əhəmiyyət verilir.