İQTİSADİYYAT
SOCAR-ın Kadr hazırlığının təşkili və Qobustan Regional Təlim Mərkəzlərinə sənəd qəbulu başlayıb
Bakı, 1 iyul, AZƏRTAC
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə və Qobustan Regional Təlim Mərkəzinə avtomobil təmiri çilingəri, defektoskopçu, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, plastmas qaynaqçısı, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, qaz qaynaqçısı, qazla kəsən, təmirçi çilingər peşələri üzrə sənəd qəbulu elan edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə yaşı 29-dan yuxarı olmayan, hərbi mükəlləfiyyətli (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının “Karyera” panelində “Təlim Mərkəzinə sənəd qəbulu” alt bölməsinə daxil olaraq müsabiqənin şərtləri ilə tanış olub elektron müraciət formasını doldura bilərlər. Müraciətlər iyulun 15-dək qəbul ediləcək. Qəbul haqqında suallara [email protected] elektron poçt ünvanına müraciət etməklə cavab almaq olar.