CƏMİYYƏT
Sabah dağlıq ərazilərdə dolu düşəcək
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Gecə 20-24° isti, gündüz 28-33° isti olacaq.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil və Şıxda 24-25° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 18-23° isti, gündüz 30-35° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 16-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 20-25° isti, gündüz 33-38° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Gecə 20-24° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.