CƏMİYYƏT


Şagirdlər və aztəminatlı ailələrin uşaqları üçün dəniz gəzintisi təşkil edilib

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Nəsimi rayonunun orta məktəblərinin təhsildə və idmanda fərqlənən şagirdləri, həmçinin aztəminatlı ailələrin uşaqları üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Üfüq” sərnişin gəmisi ilə dəniz gəzintisi təşkil olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gəmidə uşaqlar təşkil edilən müxtəlif tədbirlərin, əyləncəli oyunların iştirakçısına çevrilib, öz istedad və bacarıqlarını nümayiş etdiriblər.

Yaxt-klubdan başlanan və bir neçə saat davam edən dəniz gəzintisi uşaqlarda xoş təəssürat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.