DÜNYA


Səudiyyə Ərəbistanında jurnalist tərif həddini aşdığına görə cəzalandırılıb

Ər-Riyad, 3 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanında çıxan qəzetlərin birində çalışan jurnalist bu ölkənin Kralı Salman bin Əbdüləziz Al Səud barəsində İslam ənənəsinə görə, yalnız Allaha yaraşan epitetlərdən istifadə etdiyinə görə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Yerli KİV-lərin yazdığına görə, jurnalist hökmdarın istəyi ilə cəzalandırılıb.

Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanının “Əl Cəzirə” qəzetinin jurnalisti (bu nəşrin Qətərin eyniadlı telekanalına və mediaholdinqinə aidiyyəti yoxdur) Kral barəsində “əl-həlim” (“səbirli” ) və “şədid əl-ikab” (“şiddətli cəza verən”) epitetlərindən istifadə edib. İslamda “əl-həlim” epiteti Allahın 99 adından biridir. “Şədid-əl-ikab” epiteti Allahın “Əsmaul-Hüsna “ (“gözəl adlar”) deyilən adları siyahısına daxil olmasa da, Müqəddəs “Qurani-Kərim” də Onu təsvir edən ənənəvi epitetdir. İslam etikasına görə, bu epitetləri insanlara aid etmək son dərəcə xoşagəlməz haldır.

Yerli KİV-lər yazır ki, mədhiyyənin mətni Kralı hiddətləndirib və o, öz narazılığını informasiya naziri ilə bölüşüb. Bunun nəticəsində jurnalist işindən kənarlaşdırılıb.

“Əl Cəzirə” qəzeti isə öz məlumatında bu hadisə ilə bağlı üzr istəyib. Məlumatda deyilir ki, “Kral Salman bin Əbdüləziz Al Səuda Allah tərəfindən bəxş edilmiş bütün nemətlərə” baxmayaraq, ona münasibətdə ilahi epitetlərdən istifadə olunması yolverilməz haldır.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.