DÜNYA


Silah gəzdirmək hüququ Çexiya Konstitusiyasında təsbit oluna bilərmi?

Praqa, 16 yanvar, AZƏRTAC

Çexiyanın ədliyyə naziri Robert Pelikan ümid bəsləyir ki, Daxili İşlər Nazirliyinin vətəndaşların silah saxlamaq hüququnun Konstitusiyada təsbit olunması barədə təklifi hökumət tərəfindən qəbul edilməyəcək. Nazir qanuna bu düzəlişi olduqca qəribə hesab edir və təklifin nazirlər tərəfindən ciddi müzakirə oluna bilməsini qəbul etmir. Bu barədə R.Pelikan Çexiya televiziyasında diskussiya proqramında məlumat verib və qeyd edib ki, XXI əsrdə Mərkəzi Avropa reallığında sadə vətəndaşlara silah gəzdirməyə icazə verilməsi ideyasını absurd sayır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.