ORDU
Silahlı Qüvvələrin hərbi orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq
Bakı, 8 may, AZƏRTAC
Faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, orkestrlər müəyyən edilmiş 6 məkanda - Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə), Dənizkənarı Milli Parkda (Azneft meydanı qarşısındakı Dövlət Bayrağının önündə), Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında, Fəvvarələr meydanında çıxış edəcəklər.
Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.