CƏMİYYƏT


Son 5 ayda əlilliyi olan şəxslər 12 minə yaxın reabilitasiya vasitəsilə təmin edilib

Bakı, 12 iyun, AZƏRTAC 

Cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 3 min 997 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 500 nəfərə yaxın şəxs ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar olub.

Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 632 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 724 ədəd yuxarı və aşağı ətraf protezi, 3 956 ədəd müxtəlif reabilitasiya vasitəsi, 210 ədəd bel və boyun nahiyəsi üçün korset, 1064 cüt protez ayaqqabı, 1 877 cüt ortopedik ayaqqabı, 192 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 26 ədəd eşitmə aparatı, 298 cüt qoltuqaltı və 518 cüt dirsəkaltı ağac, 723 ədəd əsa və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərə məxsus 335 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onların istifadəsinə verilib.

Ümumilikdə cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslər 12 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təmin olunublar.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində son 5 ayda 223 əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s.) göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.