DÜNYA


Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

A+ A

İstanbul, 17 avqust, AZƏRTAC

Türkiyənin Təkirdağ vilayətinin Çorlu rayonunda “Tarkim” uçuş məktəbinə məxsus “CESSNA-172” markalı birmühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

Yerli KİV-in məlumatına görə, təyyarə vilayətin Ahimehmet kəndi yaxınlığında tarlaya düşüb. Nəticədə pilot və təlimdəki şagird həyatını itirib. Hələlik qəzanın səbəbi barədə məlumat verilmir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.