CƏMİYYƏT


Uşaqların IV Ümumrespublika Forumunda iştirak edəcək məktəblilərin seçimi aparılır VİDEO

Bakı, 20 aprel, Xəyalə Məmmədova, AZƏRTAC

Bu il ölkəmizdə keçiriləcək Uşaqların IV Ümumrespublika Forumunda iştirak edəcək məktəblilərin seçimi davam edir.

AZƏRTAC xəbər verir ki, növbəti seçim Sabunçu rayonundakı Gənclər Evində keçirilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova bildirib ki, Uşaqların IV Ümumrespublika Forumunun keçirilməsində məqsəd uşaq hüquqlarına dair qərarların qəbul olunmasında onların iştirakını təmin etmək, problemlərin həlli ilə əlaqədar təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, eləcə də ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir. Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ədalət Teymurov tədbirin əhəmiyyəti barədə məlumat verib.

Tədbirdə Sumqayıt şəhəri, Abşeron, Səbail, Sabunçu, Binəqədi, Nizami və Nəsimi rayonlarından olan uşaqlarla fərdi müsahibələr aparılıb, fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə edən iki şagird forumda iştirak etmək hüququ qazanıb.

Tədbir çərçivəsində “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual oyununun zona mərhələsi keçirilib. İntellektual oyunda həmin rayonları təmsil edən komandaların tərkibinə daxil olan 35 şagird mübarizə aparıb.

Yarışda fərqlənən Sumqayıt komandası final turunda iştirak etmək hüququ qazanıb. Final yarışları bu ay Bakıda keçiriləcək.

Fərqlənən komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.