ELM VƏ TEXNOLOGİYA


Venoz trombozun qarşısını almaq üçün yeni smartfon applikasiyası hazırlanıb

A+ A

Bakı, 24 iyul, Maqsud Dadaşov, AZƏRTAC

Venoz tromboz və ağciyər embolizmi kimi xəstəliklərin qarşısını almaq üçün xüsusi smartfon applikasiyası hazırlanıb. İtaliyanın Ferrara şəhərindəki cərrahiyə xəstəxanasının direktoru Paolo Zamboni tərəfindən hazırlanan və “Ve.Thro” adı verilən applikasiyanı həm “Android”, həm də “İOS” platformaları ilə işləyən smartfonlarda istifadə etmək mümkündür.

AZƏRTAC İtaliyanın AGİ agentliyinə istinadla xəbər verir ki, P.Zamboni hələ 2007-ci ildə xəstəxanalarda adıçəkilən xəstəliklərin diaqnozu və müalicəsi qaydalarının operativ tətbiqinin asanlaşdırılması üçün xüsusi kitabça hazırlayıb. Lakin, bu vasitəni daha az həkim əldə edə bilib. Günümüzdə smartfonlardan hamının istifadə etdiyini nəzərə alan mütəxəssis bu kitabçanı xüsusi smartfon applikasiyası formasında hazırlamaq ideyasını reallaşdırır. Bununla da həm xəstələrin, həm də həkimlərin istifadə edə biləcəyi yeni proqram meydana çıxır.

Applikasiyanın istifadəsi zamanı istifadəçi smartfonun ekranında görünən suallara cavab verir və nəticədə pasientin hansı risk qrupuna daxil olması müəyyənləşir. Həkimlər isə öz növbəsində pasientləri üçün ən uyğun müalicə üsulunu tapmaq, xəstənin cari vəziyyətini izləmək üçün bu applikasiyadan istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.