İQTİSADİYYAT


Vergilər Nazirliyi yanvar-sentyabr aylarında proqnoz tapşırığına 100,2 faiz əməl edib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 926 milyon 185,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,2 faiz əməl edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, SOCAR büdcə qarşısındakı vergi öhdəliklərinə 100,6 faiz əməl etsə də, Hasilatın Pay Bölgüsü üzrə (PSA mənfəət) proqnoz tapşırığı kəsrlə, yəni 82,0 faiz icra olunub.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 843 milyon 651,9 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,7 faiz əməl edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 365 milyon 967,9 min manat və ya 10,5 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 89 min 101 vergi ödəyicisi qeydiyyata alınıb. Oktyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 739 min 297 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,2 faiz çoxdur.

Cari ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 89,7 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.