REGİONLAR


Xaçmaz: bu il fındığın məhsuldarlığı aşağı olsa da, satış qiyməti təsərrüfatçıları razı salır

A+ A

Xaçmaz, 15 avqust, Elxan Yusifli, AZƏRTAC 

Bu il şimal bölgəsinin rayonlarında fındığın məhsuldarlığı aşağı olsa da, satış qiyməti təsərrüfatçıları razı salır.

AZƏRTAC xəbər verir ki, hazırda fındıq yığımına yeni başlanıldığı üçün bazarlarda yüksək qiymətə satılır. Avqustun əvvəlində qəbul məntəqələrində 2 manata alınan fındığın qiyməti 4 manatadək yüksəlib.

Torpaq mülkiyyətçiləri bildirirlər ki, məhsulun yüksək qiymətə satılması aşağı məhsuldarlıq səbəbindən yaranan itkini kompensasiya edir.

Qəbul məntəqələrindən fındığın qiymətinin adətən sentyabr ayında və növbəti dəfə martda - Novruz bayramı ərəfəsində yüksəldiyini bildirirlər.

Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir.

Xaçmazda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə də ixrac olunur. Rayonda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir.

Fındıq istehsalı şimal bölgəsinin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır. Bu regionda 6 min hektaradək fındıq bağı var ki, bunun da 4 min hektara yaxını Xaçmaz rayonunun payına düşür. Xaçmazın fındıq bağlarından hər il 3 min tondan çox məhsul əldə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.