SİYASƏT


Xarici İşlər Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının diplomatik xidmətinin yaradılmasından 97 il keçir. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi Katibliyinin yaradılmasına dair qərarın qəbul edilməsi dövlətimizin peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verən ulu öndər Heydər Əliyev diplomatiyamızın sağlam əsaslara söykənməsinə daim diqqət və qayğı göstərib.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilib. Bu, Prezidentin Azərbaycan diplomatiyasına və diplomatlarına diqqət və qayğısının bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollektivi iyulun 8-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra nazirliyin kollektivi Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.