QAN YADDAŞI


Xocalı soyqırımına həsr olunmuş növbəti rəsm müsabiqəsi

27 yanvar, AZƏRTAC

Bakıda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Qanlı izlər” adlı rəsm müsabiqəsi elan olunub. Müsabiqə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Nəsimi rayon MKS-nin 3 saylı filialının birgə təşkilatçılığı ilə keçirilir.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə iştirak etmək istəyən hər kəs qatıla bilər. Təqdim olunan sənət əsərlərinin ölçüsü sərbəst və çərçivədə olmaqla yanaşı, mövzunu əhatə etməlidir.

Qeydiyyatı fevralın 20-dək davam edəcək rəsm müsabiqəsinin yekun sərgisinin Nəsimi rayon 1 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulur.

Sonda qaliblər mükafatlandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.