DÜNYA


Yan Tzeçi: BRİKS ölkələri başçılarının qeyri-rəsmi görüşü çox uğurlu keçib

A+ A

 

Bakı, 15 sentyabr, AZƏRTAC

Çin Xalq Respublikası Dövlət Şurasının üzvü Yan Tzeçi Xançjouda keçirilən G20 sammiti çərçivəsində BRİKS liderlərinin qeyri-rəsmi görüşünün yekunlarını şərh edib.

AZƏRTAC xəbər verir ki, G20 sammitinin nəticələrinə həsr edilən mətbuat konfransında Yan Tzeçi BRİKS ölkələri başçılarının qeyri-rəsmi görüşünün çox uğurlu keçdiyini bildirib. O qeyd edib ki, görüşdə tərəflər dərin fikir mübadiləsi aparıb, bir sıra məsələlərə, o cümlədən beynəlxalq siyasi-iqtisadi vəziyyət, G20 sammitinin mühüm mövzuları və BRİKS əməkdaşlığına dair mühüm razılaşmalar əldə ediblər.

Dövlət Şurasının üzvü Yan Tzeçi bildirib ki, BRİKS ölkələrinin başçıları G20 sammitinin sədri kimi Çinin icra etdiyi işləri yüksək qiymətləndiriblər. YanTzeçi deyib: “Liderlər, həmçinin sammitdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün birgə səylərə dair vəd verib və BRİKS çərçivəsində daha sıx əməkdaşlığa nail olmaq qərarına gəliblər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.