DÜNYA


Yaponiyada Şinzo Abenin rəhbərlik etdiyi kabinetin reytinqi aşağı düşüb

A+ A

Tokio, 12 oktyabr, AZƏRTAC

Yaponiyanın nüfuzlu NHK televiziya kanalının apardığı son sorğunun nəticələrinə görə, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Nazirlər Kabinetinin reytinqi 50 faiz təşkil edib. Bu, ötən ayın göstəricisi ilə müqayisədə yeddi bənd aşağıdır. Nazirlər Kabinetinin fəaliyyətindən narazı olanlar 33 faiz təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə yeddi bənd yuxarıdır.

Ş.Abenin rəhbərlik etdiyi kabineti nə üçün müdafiə edirsiniz sualına cavab verənlərin 41 faizi bildiriblər ki, o, əvvəlkilərlə müqayisədə yaxşıdır.

Rəyi soruşulanların 40 faizi Ş.Abenin siyasətinə heç bir ümid bəsləmədiklərini, 25 faizi isə ona inanmadıqlarını bildiriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.