DÜNYA


Yaponiyanın cənubunda insanları təbii fəlakətdən  xilas etmək üçün əlavə qüvvələr cəlb edilib

Tokio, 6 iyul, AZƏRTAC

Yaponiyanın cənubundakı Kyuşu adasında leysan yağışlar təbii fəlakət xarakteri alıb. İtkin düşənlər var. Əraziyə səkkiz minə yaxın özünümüdafiə qüvvələrinin və polisin əməkdaşı cəlb olunub.

Bu barədə iyulun 6-da səhər Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa təcili keçirilən mətbuat konfransında məlumat verib.

Ərazidən daxil olan məlumatlarda “Fukuoka və Oiça prefekturalarında çaylar bir çox yerlərdə daşıb, torpaq sürüşmələri var”, “Axın uşağı apardı”, “Çay insanı apardı”, “Su evi aparır və valideynlərimlə əlaqə yarada bilmirəm” kimi ifadələr yer alıb.

Vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumat verən Y.Suqa deyib: “Bu gün səhərdən fəlakət zonasına 7500-dən çox özünümüdafiə qüvvələri, yanğınsöndürmə və polis əməkdaşı cəlb edilib. Qırxdan artıq helikopter hadisə yerinə uçmaq üçün hazır vəziyyətə gətirilib”.

Son məlumatlara görə, bu iki prefekturada 556 min sakin təxliyə xəbərdarlığı alıb. Çayın dəmir yolu körpüsünü aparması barədə xəbərlər də var. Təqribən 9 nəfərin itkin düşdüyü bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.