DÜNYA


Yeni “Galaxy J7 Max” smartfonu iyunun 20-də satışa çıxarılacaq

Bakı, 17 iyun, AZƏRTAC

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası “J Series” istehsal xəttinə məxsus “Galaxy J7 Max” smartfonunu təqdim edib.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, yeni smartfon 1920x1080 piksel təsvir ölçüsünə malik 5,7 düymlük ekran, 2,3 QHs-dək takt tezlikli səkkiznüvəli “MediaTek Helio P20” prosessoru, “Mali-T880” qrafik sürətləndiricisi və “LTE Cat-6” (məlumatların 300 Mbit/s sürətində ötürülməsini təmin edir) modemi, 4 giqabaytlıq əməli yaddaş və 32 giqabaytlıq daxili yaddaşla təchiz edilib. Bundan əlavə, 128 giqabaytadək tutuma malik “microSD” daşıyıcısının qoşulması mümkündür.

İyunun 20-də satışa çıxarılacaq “Samsung Galaxy J7 Max” smartfonu qara və qızılı rəngli korpuslarda əlçatan olacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.