DÜNYA


Yeni alqoritm sayəsində smartfonun kamerası ilə peşəkar şəkillər çəkmək mümkün olacaq

Bakı, 3 avqust, AZƏRTAC

Yeni alqoritm sayəsində smartfonun kamerası ilə peşəkar şəkillər çəkmək mümkün olacaq.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, “Google” şirkəti ilə Massaçusets Texnologiya İnstitutunun (“MIT”) birgə əməkdaşlığı nəticəsində qeyri-adi fotoredaktor yaradılıb. Bu fotoredaktorun köməyi ilə şəklin keyfiyyətini xeyli yaxşılaşdırmaq mümkündür, sanki şəkil peşəkar fotoqraf tərəfindən çəkilib. Alimlər bu alqoritmin yaradılması üçün kompüter təlimindən istifadə ediblər. Neyron şəbəkəsinin yoxlanması zamanı “Adobe” və “MIT” tərəfindən yaradılmış 5 ədəd şəkil seçilib. Hər bir şəkil 5 müxtəlif fotoqraf tərəfindən retuş edilib. Orijinal şəkilləri onların redaktə edilmiş surətləri ilə müqayisə edən neyron şəbəkəsi şəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün öz alqoritmini hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.