İDMAN


Zimbabvenin “Xvanqe” klubunun futbolçuları tətil elan ediblər

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC 

Zimbabvenin “Xvanqe” klubunun futbolçuları əmək haqlarına görə yaranan borca görə tətil elan ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Peşəkar Futbolçular Assosiasiyaları Beynəlxalq Federasiyasından (FİFPro) bildirilib.

Klub rəhbərliyinin əmək haqlarının ödənilməsi ilə bağlı bütün əvvəlki tələblərə əhəmiyyət qoymaması futbolçuların tətil elan etməsi ilə nəticələnib. Aksiyanı Zimbabve Futbol İttifaqı da dəstəkləyib və hazırda vəziyyətin dinc yolla həllinə çalışır. Lakin klub rəhbərliyi rəsmi təşkilatın da sorğularına etinasızlıq göstərir.

Qeyd olunur ki, komandanın futbolçuları iki ildir əmək haqqı borclarını ala bilmirlər.

Klubun iki il ərzində (2015, 2016) hər futbolçuya 2750 dollar borcu yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.