İQTİSADİYYAT


"Skype"da IV İslam Həmrəyliyi Oyunlarının xüsusi emotikonu yaradılıb

Bakı, 12 may, AZƏRTAC

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olan "Microsoft" korporasiyası "Skype" istifadəçiləri üçün sözügedən yarışlara həsr olunmuş yeni emotikonu təqdim edib. "Microsoft"un bu misilsiz təşəbbüsünün məqsədi insanların bütün dünyaya Oyunlar haqqında danışa bilmələri üçün möhtəşəm idman hadisəsinə dəstək olmaqdır.

Bu il "Microsoft" korporasiyası "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə yarışların keçiriləcəyi şəhərdən – Azərbaycan paytaxtından ilhamlanaraq yeni emotikon yaratmaq üçün güclərini birləşdirib. Emotikonda Qobustan və "Alov güllələri"nin ("Flame Towers") simvolları istifadə olunub. Yenilikdən yararlanmaq üçün mətn sətirində (baku2017) yazmaq və ya paneldə Qobustan simvollu emotikonu seçmək lazımdır ki, daha sonra bu simvolu "Flame Towers" əvəz edir.

"Skype" proqramının təklif etdiyi bütün imkanlardan daim faydalana bilmək üçün "Microsoft" korporasiyası "Windows", "Mac", "iPhone", "iPad", və "Android" ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.

Qeyd edək ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə imzalanan tərəfdaşlıq sazişi çərçivəsində "Microsoft" korporasiyası "Bakı 2017 Skype Zonası" təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinqin təminatına cavabdeh olacaq. Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq qeyd etmələrinə imkan verəcək. "Bakı 2017 Skype Zonası" idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı yaradacaq.

Söhbətlər veb-kamera, eləcə də laptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və "Bakı 2017"nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn rejimdə yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.