RƏSMİ XRONİKA
ALİ QONAĞIN ŞƏRƏFİNƏ
Noyabrın 6-da “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisa Gülün şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.
Dövlət başçıları ziyafətdə nitq söylədilər.