SİYASƏT
Avropa Parlamentində məişət zorakılığına qarşı mübarizəyə dair dinləmələr keçiriləcək
Bakı, 23 mart, AZƏRTAC
Martın 27-də Brüsseldə, Avropa Parlamentinin binasında İstanbul Konvensiyasına dair “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyasına Avropa İttifaqının qoşulması” mövzusunda dinləmələr keçiriləcək. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Dinləmələrdə Milli Məclisin deputatı, AŞPA-nın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, zorakılıqdan azad qadınlar parlament şəbəkəsinin siyasi koordinatoru Sahibə Qafarova iştirak edəcək.
Deputat müzakirə olunacaq mövzu ilə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.