İDMAN
Azərbaycan millisi “Bakı-2017”də ilk qələbəsini qazanıb
Bakı, 11 may, Pərvin Ələkbərov, AZƏRTAC
Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, "Bayıl Arena”da “A” qrupunun ikinci turu çərçivəsində millimiz Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab acılamayıb.
İkinci hissəyə daha fəal başlayan millimiz 67-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə azarkeşləri sevindirib. Görüşün 80-ci dəqiqəsində Ağabala Ramazanov ikinci topu rəqib qapısından keçirib. Komandalar hücuma keçsələr də, hesab dəyişməyib. Oyun 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]