Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKININ YASAMAL RAYONUNDAKI 60 NÖMRƏLİ ORTA MƏKTƏBİN YENİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKININ YASAMAL RAYONUNDAKI 60 NÖMRƏLİ ORTA MƏKTƏBİN YENİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Sentyabrın 15-də - “Bilik günü” Bakının Yasamal rayonundakı şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin yeni binasının açılış mərasimi olmuşdur.

Mərasimə toplaşmış təhsil işçiləri, şagirdlər, valideynlər Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.

Dövlətimizin başçısı müasir standartlara uyğun tikilmiş məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, Azərbaycanda son illər ərzində məktəb tikintisi və təmiri geniş vüsət almış və təhsil sisteminin maddi-texniki bazası möhkəmlənmişdir. Prezidentin xüsusi tapşırığı ilə ötən il iyunun 1-dən inşasına başlanılmış bu məktəbdə tədris üçün hər cür şərait yaradılmışdır. 50-dən çox sinif otağı olan 840 şagird yerlik məktəbdə yeni dərs ilində 600 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olacaqdır. Məktəbdə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin fəaliyyətləri, Azərbaycanın dövlət dili, rəmzləri, hərb sənəti ilə və tədrislə bağlı xüsusi guşələr yaradılmışdır.

Paytaxtın qabaqcıl təhsil ocaqlarından olan, Qarabağ müharibəsi şəhidi, vaxtilə burada oxumuş Paşa Nəzərovun adını daşıyan məktəbin yeni binası müasirliyi ilə diqqəti çəkir. İnşaat işləri zamanı Türkiyə, Fransa və digər ölkələrdən gətirilən tikinti materiallarından geniş istifadə edilmişdir. Məktəbdə avadanlıqlar və əyani dərs vəsaitləri ilə təchizat yüksək səviyyədədir. Bu il dörd sinifdə 1-cilər təhsilə başlayacaqlar. Heydər Əliyev Fondu respublikamızdakı bütün 1-ci sinif şagirdlərini çanta, məktəbləri isə nəfis tərtibatlı əyani vəsaitlə təchiz etmişdir.

Xatırladıldı ki, cari ildə bu məktəbin 55 məzunu respublikamızın ali məktəblərinə qəbul imtahanlarında iştirak etmiş, onlardan 41-i tələbə adını qazanmışdır. Məktəbin 600-dən çox bal toplamış məzunları prezident təqaüdünə layiq görülmüşlər.

Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, bufetə, kiçik və böyük idman salonlarına baxdı, tədris prosesi, dərs vəsaitləri ilə maraqlandı.

Məlumat verildi ki, informatika kabineti kompyuterlərlə təmin olunmuş və internet şəbəkəsinə qoşulmuşdur. Məktəbin kitabxanasında latın qrafikası ilə çap olunmuş 6000-ə qədər dərslik və müxtəlif ədəbiyyat toplanmışdır. Məktəbdə mini ATS quraşdırılmış, tibb otağında səhiyyə xidməti üçün normal şərait yaradılmışdır. Məktəbin bufetindəki avadanlıqlar və yaradılan şərait keyfiyyətli qidalanmaya hərtərəfli təminat verir.

Kimya laboratoriyası həmin fənnin təkcə nəzəri deyil, həm də praktik baxımdan yüksək səviyyədə tədrisinə hərtərəfli imkan yaradır. Fizika laboratoriyası da müasir tərtibatı və zəngin avadanlığı ilə diqqəti cəlb edir. Burada da nəzəri biliklər praktik məşğələlərlə əlaqələndiriləcəkdir. Bütün bunlar tədrisin səviyyəsinin yüksəldilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlmişdir.

Məktəbin davamlı işıqlandırılması, istilik, havalandırma sistemi müasir səviyyədədir. Yanğından mühafizə sistemi ən son texnologiyalara əsaslanır və istənilən fövqəladə halın qısa müddətdə aradan qaldırılmasına imkan verir.

Dövlətimizin başçısı 1-ci sinif şagirdləri ilə görüşdü, onlara təhsildə uğurlar arzuladı.

Dövlətimizin başçısı məktəblərə qayğının daha da gücləndiriləcəyini, müəllimlərin iş şəraitinin və maddi rifah halının mütəmadi yaxşılaşdırılacağını vurğuladı.

Məktəbin idman salonu ilə tanışlıq zamanı bildirildi ki, buradakı münasib şərait və müxtəlif avadanlıq bədən tərbiyəsi dərslərinin lazımınca tədrisinə imkan yaradır. Burada həndbol, voleybol, mini futbol, stolüstü tennis və digər oyunlar keçirmək mümkündür. Duşxana, soyunub-geyinmə otaqları da vardır.

Prezident İlham Əliyev bu təhsil ocağının açılışı və yeni dərs ilinin başlanması münasibətilə məktəbin kollektivini təbrik etdi, uğurlar arzuladı və onlarla xatirə şəkli çəkdirdi.

X X X

Sonra Prezident İlham Əliyev 60 nömrəli orta məktəbin qarşısındakı parkda aparılan yenidənqurma işləri ilə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, burada əsaslı təmir işləri yüksək səviyyədə aparılmışdır. Parkda məktəblilərin və sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. Müasir işıqlandırma sistemi quraşdırılmış bu istirahət ocağı ətraf ərazi ilə ümumi ansambl təşkil edir, paytaxtın bu hissəsinə əlavə yaraşıq verir.

Prezident İlham Əliyev Bakıda aparılan yenidənqurma işləri ilə bağlı fikirlərini bölüşdü, tapşırıq və tövsiyələrini verdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" səfərdə vacib üç xal qazanıb

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib