RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Belçikaya səfərə gəlib
Brüssel, 10 iyul, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfərə gəlib.