RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FRANSANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ BERNAR AMODRİK DÜ ŞAFONU DİPLOMATİK FƏALİYYƏTİNİN BAŞA ÇATMASI İLƏ ƏLAQƏDAR QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Prezident sarayında Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Fransa ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqətə görə minnətdarlıq etdi.
Dövlətimizin başçısı Bernar Amodrik dü Şafonun səfir kimi fəaliyyət göstərdiyi dövrdə Azərbaycan-Fransa əlaqələrinin inkişafına öz töhfəsini verdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini söylədi.