RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QUGENHAYM FONDUNUN DİREKTORU TOMAS KRENSİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Prezident sarayında muzey işinin təşkilində zəngin dünya təcrübəsi olan tanınmış Qugenhaym Fondunun direktoru Tomas Krensi qəbul etmişdir.
Görüşdə sürətli iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycanda milli mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində böyük işlərin görüldüyü vurğulandı. Söhbət zamanı Bakıda Müasir İncəsənət Muzeyinin yaradılması ilə bağlı da fikir mübadiləsi aparıldı, Qugenhaym Fondu ilə əməkdaşlığın Azərbaycanda muzey işinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
######