RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “SAFARİ” BEYNƏLXALQ OVÇULUQ KLUBUNUN PREZİDENTİ DENİS ANDERSONU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Prezident sarayında “Safari” beynəlxalq ovçuluq klubunun prezidenti Denis Andersonu qəbul etmişdir.
Dövlətimizin başçısı Bakı, habelə Azərbaycanın gözəl təbiətə malik olan rayonları ilə tanışlığın Denis Andersonda ölkəmiz haqqında xoş təəssürat yaradacağına əminliyini söylədi.
Denis Anderson Azərbaycana ilk dəfə səfər etdiyini və səfəri çərçivəsində artıq Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış olduğunu, eyni zamanda, ölkəmizin digər rayonlarına səfər etməyi planlaşdırdığını dedi. O, “Safari” beynəlxalq ovçuluq klubunun ömürlük üzvlüyünə dair nişanı Prezident İlham Əliyevə təqdim etdi.