RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FİNLANDİYAYA RƏSMİ SƏFƏRİ
FİNLANDİYANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Helsinkidə Finlandiya Respublikasının Baş naziri Matti Vanhanen ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr, əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Söhbət zamanı bir sıra sahələrdə bu əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirildi. Eyni zamanda, təhsil, sərmayə qoyuluşu, informasiya texnologiyaları sahələrində müəyyən işlərin görülməsinin, vəziyyətin öyrənilməsinin zəruriliyi vurğulandı.
######