SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 14-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir.
İclası Ali Məhkəmənin sədri açaraq son illər ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində görülən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.
Plenumun iclasında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilməsi məsələsi müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.
İclasda cinayət işi üzrə əlavə kassasiya şikayətinə də baxılmışdır.
Plenumun işində Azərbaycan Respublikası baş prokurorunun müavini Eldar Nuriyev iştirak etmişdir.