RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2004-CÜ İL 1 İYUL TARİXLİ 85 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 539-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 85 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 524; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 727 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin şəxsi heyətinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, yaxud xəsarət almış əməkdaşlarına və ya onların ailə üzvlərinə verilən birdəfəlik müavinətin ödənilməsi Qaydaları»nın 6-cı bəndində «xidmət illəri üçün əlavə ödəniş» sözlərindən sonra «, məharət dərəcəsinə görə verilən əlavə» sözləri əlavə edilsin.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2008-ci il.