RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÜNÜN MƏBLƏĞİNİN ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №6, maddə 329, №10, maddə 587; 2004-cü il, №12, maddə 1006; 2005-ci il, №3, maddə 167; 2006-cı il, №11, maddə 939) 2-ci bəndi ilə müəyyən edilmiş fərdi təqaüdün məbləği 50 faiz artırılaraq, həmin bənddə “iki milyon beş yüz min manat” sözləri “yeddi yüz əlli manat” sözləri ilə əvəz edilsin.
2. Bu Fərman 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2007-ci il.