RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİNİN HƏRBİ QULLUQÇULARINA ALİ HƏRBİ RÜTBƏLƏRİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:
polkovnik Cəbrayıl Fridun oğlu Usubova - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisi
polkovnik İslam Ağaqulu oğlu Ələkbərova - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisi
polkovnik Mürsəl Əli oğlu Vəliyevə - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2007-ci il.