Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN MOLDOVANIN “KANAL-4” TELEVİZİYASINA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 19-da Prezident sarayında Moldovanın “Kanal-4” televiziyasına müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

-Hörmətli cənab Prezident, Sizin ölkəniz Avropaya inteqrasiya etmək əzmində olduğunu sözün tam mənasında yetərincə qətiyyətlə bəyan etmişdir. Lütfən deyin, bu baxımdan Azərbaycanın hansı uğurlarından danışmaq olar, Azərbaycan Avropaya nə dərəcədə yaxınlaşmışdır?

-Biz artıq bir ildir ki, Avropa İttifaqının Yeni qonşuluq proqramının üzvüyük. Mənim fikrimcə, bu, Avropa İttifaqı ilə münasibətlərimizin çox mühüm elementidir. Bu proqram çərçivəsində bizim əməkdaşlığımızı möhkəmləndirən tədbirlər həyata keçirilir, eləcə də çox ciddi siyasi və iqtisadi islahatlar aparılır. Biz çalışırıq ki, siyasi sistemin və iqtisadi inkişafın, vətəndaşların sosial təminatının bütün meyarları Avropa İttifaqının meyarlarına yaxın olsun. Biz çalışırıq ki, vətəndaşlarımız üçün Avropa İttifaqında vətəndaşlar üçün mövcud olan yüksək həyat səviyyəsini və azadlıqların səviyyəsini təmin edək. Bizim əməkdaşlığımız çoxplanlıdır, siyasi və iqtisadi sahələrdə əməkdaşlıq edirik, energetika spektri bizim münasibətlərimizin mühüm elementidir, biz Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalamışıq. Yəni bu əməkdaşlıq çox genişdir, bu, ikitərəfli hərəkət olan küçəyə bənzəyir. Biz Avropa İttifaqı ilə sıx qarşılıqlı əlaqələrdən, təmaslardan özümüzə lazım olanı götürürük, eləcə də bizim regionda təhlükəsizlik sisteminin, o cümlədən enerji təhlükəsiziyinin möhkəmləndirilməsinə töhfəmizi veririk. Deməliyəm ki, bütövlükdə, əməkdaşlığın səviyyəsindən razıyıq, bu, daim yüksəlir.

-Qarşınızda çox kəskin şəkildə duran Qarabağ probleminin həlli məsələsində Avropa İttifaqından dəstək gözləyirsinizmi və əgər gözləyirsinizsə, bu dəstək nədən ibarət olmalıdır?

-Bu gün biz münaqişənin həlli məsələsində bütün dünya birliyi tərəfindən tam siyasi dəstək alırıq. Dünya birliyi, o cümlədən Avropa İttifaqı və bilavasitə tənzimləmə ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa, ABŞ bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə birmənalı şəkildə tərəfdar olduqlarını bildirir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən, BMT tərəfindən tanınmışdır və bu məsələ bizim apardığımız danışıqların mövzusu deyildir. Bu mənada biz Avropa İttifaqı tərəfindən də siyasi və mənəvi dəstək alırıq, bu, Yeni qonşuluq siyasəti barədə Avropa İttifaqı ilə imzaladığımız sənəddə öz əksini tapmışdır. Bu başqa məsələdir ki, hələlik bu dəstək tənzimləmə üçün zəruri tədbirlərin, daha dəqiq desək, Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı aparılmış etnik təmizləmənin nəticələrinin aradan qaldırılması, bütün qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və beləliklə münaqişənin tənzimlənməsi tədbirlərinin praktik şəkildə həyata keçirilməsinə çevrilməmişdir. Görünür, burada xalis siyasi, diplomatik bəyanatlar kifayət deyildir. Təəssüf ki, təcavüzkar dövlət olan Ermənistan iyirmi birinci əsrdə özünü orta əsrlər dövrünün deyil, iyirmi birinci əsrin reallıqlarına uyğun şəkildə aparmaq barədə dünya birliyinin çağırışlarına hələlik məhəl qoymur. Təəssüf ki, ermənilərin bu məsələyə yanaşmasında məhz orta əsrlər üçün səciyyəvi olan münasibət müşahidə olunur. Bu, qeyri-müəyyənliyə aparan yoldur, onlar heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına nail ola bilməyəcəklər, dünya birliyi heç vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacaqdır və Azərbaycan heç vaxt buna razılıq verməyəcəkdir. Münaqişənin həlli yolları üzdədir, bu yollar bütün ölkələr üçün, o cümlədən Moldova üçün də eynidir. Bizim üzləşdiyimiz problemlər təcavüzkar separatizmdir. Dağlıq Qarabağ, Dnestryanı bölgə, Abxaziya, Cənubi Osetiya problemlərinin kökləri eyni, səbəbləri eyni və təəssüf ki, nəticələri də eynidir. Buna görə də onlar məhz beynəlxalq hüquq prinsipləri əsasında həll olunmalıdır. Ümidvaram ki, Ermənistanda sağlam düşüncə üstün gələcək və ermənilər yaranmış vəziyyətdən, beynəlxalq praktikanın reallıqlarından və regionda qüvvələr nisbətinin dəyişməsi reallıqlarından düzgün nəticə çıxaracaqlar.

-Biz özümüz də yəqin edə bilmişik ki, Bakıda müxtəlif dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər, pravoslav məbədləri, məscidlər, sinaqoqlar çox rahat işləyir. Sizin fikrinizcə, bu faktlar da Azərbaycanın avropasayaqlığının təzahürləridir?

-İctimai formasiyadan asılı olmayaraq, tolerantlıq Azərbaycanda həmişə həyat norması olmuşdur. Bu, indiki dövrün səciyyəvi hadisəsi və bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın nəticəsi deyildir. Biz Rusiya imperiyasının tərkib hissəsi olduğumuz dövrdə də belə idi, Sovet İttifaqının tərkib hissəsi olduğumuz vaxtda da belə idi, indi – müstəqil dövlət olduğumuz şəraitdə də belədir. Ölkəmizdə müxtəlif xalqların, müxtəlif dinlərin çoxsaylı nümayəndələri yaşayır və onların hamısı bir ailə kimidir. Azərbaycanda heç vaxt dini və ya etnik zəmində münaqişələr olmamışdır. Bizim ölkədə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşaması faktı dövlətimizi möhkəmləndirir. Ermənistan isə monodövlətdir və onun əhalisinin, demək olar ki, yüz faizini erməni milləti təşkil edir, yeri gəlmişkən, ada-dövlətlər müstəsna olmaqla, bu vəziyyət heç bir normal dövlət üçün norma sayılmamalıdır. Dövlətin siyasəti və dövlətin milli azlıqlara münasibəti həm də dövlətin milli tərkibini müəyyənləşdirir. Vaxtilə Ermənistanda başqa millətlərin çoxlu nümayəndələri, o cümlədən üç yüz mindən artıq azərbaycanlı yaşayırdı. Bütün başqa millətlərin nümayəndələri kimi, azərbaycanlılar da bu torpaqdan qovulmuşdur. Biz Azərbaycanda çox sevinirik ki, milli sülh ölkəmizin dinamik inkişafına kömək edir. Bundan sonra da mümkün olan hər şeyi edəcəyik ki, Azərbaycanda yaşayan bütün xalqlar arasında həmrəylik, sülh və qardaşlıq münasibətləri inkişaf etsin.

-Yan keçə bilmədiyimiz bir sual. Bildiyimizə görə, keçən il Azərbaycan iqtisadiyyatında artım göstəricisi otuz beş faizə çatmışdır. Deyə bilərsinizmi, bu Azərbaycan möcüzəsinin sirri nədədir?

-Əlbəttə, bu, ilk növbədə, hələ ötən əsrin 90-cı illərindən başlanmış cəsarətli iqtisadi islahatlarla bağlıdır. Ölkəmizin müstəqilliyinin bərpa edilməsinin ilk illərində biz vətəndaş müharibəsinin, xaosun, dağıntıların çox ağır nəticələri ilə üzləşmişik. Lakin 1993-cü ildə bütün mənfi meyillər dayandırıldı və 1996-cı ildən 2004-cü ilə qədər biz dinamik şəkildə inkişaf etdik. İqtisadiyyatın həcmi orta hesabla ildə 10 faiz artırdı. Bu, yaxşı göstəricidir və demək olar ki, 10 il müddətində hər il vəziyyət belə olmuşdur. 2005-ci il 90-cı illərdə başlanmış və 2000-ci illərdə davam etdirilmiş bütün islahatların bir növ inikası olmuşdur. 2005-ci ildə bizdə iqtisadi artım göstəricisi 26 faiz səviyyəsində idi. 2006-cı ildə isə sizin qeyd etdiyiniz kimi, 2005-ci ilin 26 faizlik bazası əsasında bu artım 35 faizə çatmışdır. Artıq cari ilə yekun vurulur, bu il iqtisadi artım göstəricisi 30 faiz həddində olacaqdır. Bu o deməkdir ki, biz üç ildə ÜDM-i faktik olaraq iki dəfə artırırıq. Əlbəttə, burada enerji amili – neft və qaz hasilatının artırılması, eləcə də islahatların fəal aparılması, iqtisadiyyatın liberlaşdırılması, özəl sektorun stimullaşdırılması mühüm rol oynayır. Biz özəl sektora hər il təqribən yüz milyon dollar məbləğində güzəştli kreditlər veririk.

-Bu, çox cəsarətli qərardır.

-Elədir. Üstəlik, biz kənd təsərrüfatına çox kömək edirik. Əhalinin yarısı kənd yerlərində yaşayır. Buğda yetişdirilən torpaqların hər hektarına görə kəndlilərə 50 dollar verilir. Bundan əlavə, biz kəndlilərə gübrə sarıdan ciddi kömək etməyi planlaşdırırıq və artıq bu işə başlamışıq. Biz dövlət xətti ilə texnika alırıq və istehsalın artırılması üçün bu texnikanı güzəştli qiymətlə kəndlilərə icarəyə veririk. Bir daha demək istəyirəm ki, iqtisadiyyat maksimum dərəcədə liberallaşdırılmışdır. Bizdə özəl sektorun ÜDM-də payı 80 faizdən çoxdur. Onu da nəzərə almaq lazımdır ki, neft və qaz sahəsi dövlətin inhisarındadır, bunlar isə iqtisadiyyatın əsasıdır. Buna görə də bütün amillərin məcmusu və əlbəttə, vəziyyətin sabitləşməsi, xarici investorların Azərbaycana inamı bu uğurları qazanmağımıza imkan vermişdir. Əlbəttə, üç il dalbadal təqribən 30 faiz və daha artıq iqtisadi artıma nail olmaq, demək olar ki, dünya rekordudur. Lakin mənim üçün hətta bunlar da çox mühüm göstərici deyildir. Ölkədə yoxsulluğun azalması daha mühüm göstəricidir, çünki ÜDM-in səviyyəsi hələ o demək deyil ki, bu imkanlardan hamı istifadə etmişdir. Yoxsulların sayı 2003-cü ildəki 50 faizdən 2007-ci ildə 20 faizə qədər azalmışdır. 2007-ci ilin yekunlarına görə isə, bizdə olan məlumatlara əsasən, bu göstərici daha aşağı olacaqdır. Bu, əsas göstəricilərdən biridir. Son dörd ildə biz regional inkişaf proqramını həyata keçirməklə ölkədə 600 mindən çox yeni iş yeri açmağa nail olmuşuq. Təkcə Bakı deyil, bütün bölgələr inkişaf edir. Biz infrastrukturun inkişafına külli məbləğdə vəsait sərf edirik. Gələn il, ilk dəfə olaraq, daxili investisiyalar xarici investiyaların həcmini aşacaq, xarici investisiyalar isə ildə bir neçə milyard dollar deməkdir. Buna görə də ölkəmiz iqtisadi hərc-mərclik dövrünün bütün çətinliklərini geridə qoymuşdur və indi biz inamla inkişaf edirik. Son beş ildə biz dövlət xərclərini demək olar ki, 10 dəfə artırmağa nail olmuşuq. 2003-cü ildə bu xərclərin məbləği bir milyard dollardan bir qədər artıq olduğu halda, 2008-ci ildə on iki milyard dollara çatacaqdır. Bunlar bizim icmal büdcəsinin parametrləridir.

-Bəli, cənab Prezident, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsində xüsusi fəallıq göstərmişdir, bu kəmərlərlə enerji daşıyıcılarını nəql edir. İndi isə eşitdiyimizə görə, tezliklə Bakı-Tbilisi-Qars dəmir yol xətti də işə salınacaqdır. Xahiş edirəm, səhv etsəm səhvimi düzəldin. Deyə bilərikmi Azərbaycan regionda lider dövlətə çevrilir?

-Hər halda, regionda mühüm rol oynayan dövlətə xas olan bütün parametrlər bizdə mövcuddur. Bizim ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngindir, bu, həmişə belə olmuşdur. Biz sahildən uzaqda, dənizin dərinliyində yerləşən yataqlardan neft çıxarmağa, neft və qaz kəmərləri çəkməyə başlamışıq. Bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Yeri gəlmişkən, neft hasil edən ölkələr arasında bizimlə eyni vəziyyətdə olanlar azdır. Həmin ölkələrin əksəriyyətinin dünya bazarlarına birbaşa çıxışı vardır. Buna görə də biz nefti çıxarmaqla, sahilə çatdırmaqla bərabər, onu iki ölkə ərazisindən keçməklə dünya bazarlarına nəql etməli idik. Bu gün bizim üç neft kəmərimiz var: Bakı-Tbilisi-Ceyhan, Qara dənizə çıxan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri. Bundan əlavə, qazı qonşu ölkələrə çatdıran Bakı-Tbilisi-Ərzurum qaz kəmərimiz mövcuddur. Artıq indi Azərbaycanda hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstan bazarlarına daxil olur. Gələcəkdə biz istehlakçılarımızın coğrafiyasını genişləndirməyi nəzərdə tuturuq. Azərbaycan qazını Yunanıstana satmaqla biz Avropa İttifaqı bazarına çıxırıq. Bu, çox yaxşı başlanğıcdır, onun yaxşı perspektivləri vardır. Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsi ən azı on il müzakirə edildi. Lakin maliyyə mənbələri olmadığına görə, bu layihə kağız üzərində qalmışdı. Biz bu prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə nail olduq. Bu, ölkəmiz üçün, eləcə də Gürcüstan üçün, Türkiyə üçün və bütövlükdə Mərkəzi Asiya regionu üçün, Avropa üçün tarixi layihədir. Çünki bu dəmir yolu Avropa ilə Asiyanı çox etibarlı və qısa yolla birləşdirəcəkdir. Bu, İpək yolu layihəsinin əməli təcəssümüdür. Bu layihənin təşəbbüsçüsü bizik, üstəlik, bundan ötrü zəruri vəsaitin yarısını – təqribən iki yüz milyon dollar pul ayırmışıq. Lap bu yaxınlarda biz Gürcüstanda mərasim keçirdik, Gürcüstan, Türkiyə və Azərbaycan prezidentləri dəmir yolunun tikintisinin təməlini qoydular. Bütün bu amillər, eləcə də Azərbaycanın geosiyasi əhəmiyyətinin getdikcə artması, regionda baş verən proseslərə təsir göstərmək imkanı sayəsində ölkəmiz Cənubi Qafqazın adi bir ölkəsindən regional problemlərin həllində fəal iştirak edən ölkəyə çevrilmişdir. Özü də bütün regional layihələrimiz, bütün təşəbbüslərimiz əməkdaşlığa, təhlükəsizlik, o cümlədən Avropa üçün enerji təhlükəsizliyi tədbirlərinin möhkəmlənməsinə, Xəzər, Qara dəniz, Baltik dənizi, Mərkəzi Asiya regionu, Qafqaz və Avropa arasında regional əməkdaşlığa yönəlmişdir.

-Deməliyəm ki, Sizin Moldovadakı səfirliyiniz çox fəal işləyir. Bu il baş vermiş dəhşətli quraqlıqdan sonra bizə sanballı maliyyə yardımı göstərən ilk ölkə Azərbaycan olmuşdur. Moldova-Azərbaycan əməkdaşlığı sahəsində hansı perspektivlər var?

-Zənnimcə, bu sahədə çox gözəl perspektivlər var. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox yaxşı səviyyədədir. Sizin qeyd etdiyiniz kimi biz Moldovada səfirlik açmışıq və o, artıq fəal işləyir. Biz GUAM təşkilatı çərçivəsində əməkdaşlıq edirik, regional əməkdaşlıq məsələlərini orada da fəal müzakirə edirik. Bildiyiniz kimi, GUAM-ın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatında dondurulmuş münaqişələr məsələsi müzakirə ediləcəkdir. Bu da çox vacibdir. Münaqişələrin həlli üçün GUAM çərçivəsində səylərimizi birləşdirmişik, çünki yuxarıda dediyim kimi, bu münaqişələrin hamısı eyni təbiətlidir, təcavüzkar separatizmlə bağlıdır və bu münaqişələrin hamısı az və ya çox dərəcədə etnik təmizləmələrlə müşayiət olunmuşdur. Bu münaqişələr nəticəsində Moldovanın, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Buna görə də biz qarşıya qoyulmuş məqsədə çatmaq, müstəqilliyimizi möhkəmləndirmək, ölkələrimizin ərazi bütövlüyünün bərpa edilməsinə nail olmaq üçün qüvvələrimizi daha sıx əlaqələndirməli, səylərimizi birləşdirməliyik. Ölkələrimiz arasında münasibətlərin inkşaf perspektivləri kifayət qədər genişdir. Bu münasibətlər siyasi və iqtisadi qarşılıqlı əlaqələri, Avropaya inteqrasiya məsələlərini əhatə edir. Sizin də qeyd etdiyiniz kimi, biz tərəfdaşlarıq, dostlarıq, deməli, bir-birimizə kömək etməliyik. Kənd təsərrüfatının Moldova iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu başa düşürük, ona görə də sizin ölkədə quraqlıq olanda biz dərhal maliyyə yardımı göstərməyi qərara aldıq. Məndə olan məlumata görə, sizə ən çox maliyyə yardımı göstərən biz olmuşuq və bu iş sizin müraciətinizdən dərhal sonra görülmüşdür. Biz qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi istiqamətində əvvəllər də əməkdaşlıq edirdik. Bundan əvvəl Azərbaycandan Moldovaya göndərilən enerji daşıyıcılarının həcminin artırılmasına zərurət olanda biz bunu da təmin etmişdik.

-Gələn il Azərbaycanda seçkilər ilidir. Siz öz qələbənizə əminsinizmi?

-Bəli, əminəm. Biz nəzərdə tutduğumuz tədbirlərin hamısını həyata keçirmişik. Mənim 2003-cü ildə verdiyim bütün vədlərə əməl edilmişdir. Yadımdadır, mən Azərbaycan regionlarının inkişafı proqramı ilə çıxış edəndə demişdim ki, bu, bizim inkişafımızın əsas istiqamətlərindən biridir, təkcə Bakı şəhəri deyil, bütün regionlar inkişaf etdirilməlidir. Mən demişdim ki, prezident seçiləcəyim təqdirdə, beş il ərzində Azərbaycanda altı yüz min iş yeri açılacaqdır. Yadımdadır, o vaxt mənim bədxahlarımdan bəziləri bu vədləri şübhə altına almağa çalışır, məni populizmdə və seçiciləri aldatmaqda ittiham edirdi. Mən bunu heç vaxt özümə rəva görməmişəm və indi – prezident seçiləndən beş il sonra deyil, dörd il sonra altı yüz mindən artıq iş yeri yaradılmışdır. Bu müddətdə dövlət xərcləri on dəfə artırılmış, 1200 məktəb, onlarca xəstəxana, avtomobil yolları, 6 elektrik stansiyası tikilmişdir – hamısını saymaqla qurtarmaz. İqtisadi sahədə artım təmin olunmuş, bütün transmilli enerji layihələri reallaşdırılmışdır. Buna görə də mən seçkilərə inamla gedirəm, mənim insanlara deməyə sözüm var, mən insanların ovqatına bələdəm. Bizimlə rəqabət aparmağa cəhd göstərənlər bu dörd ildə öz kabinetlərindən bayıra çıxmamışlar. Görünür, onlar kabinetlərdən çıxmağa xəcalət çəkirlər, çünki onlar özlərini çoxdan gözdən salıblar və adamlara deməyə sözləri yoxdur. Bu gün Azərbaycanda ənənəvi müxalifətin fəaliyyət meydanı həmişəkindən daha məhduddur. Ona görə yox ki, biz kimisə sıxışdırır və problemlər yaradırıq. Xeyr, ona görə ki, biz nəyi nəzərdə tutmuşduqsa, ölkəmiz üçün, onun möhkəmlənməsi üçün, təhlükəsizliyi, inkişafı üçün nə lazımdırsa, hamısını edirik. Buna görə də hesab edirəm ki, 2008-ci il əvvəlki illərdən fərqlənməyəcək, bizim 2003-cü ildə nəzərdə tutduğumuz bütün planların həyata keçirilməsi ili olacaqdır.

-Yəqin ki, uşaqlıqda prezidentlik arzusunda olmamısınız?

-Yox.

-Sirr deyilsə, kim olmaq istəyirdiniz?

-Uşaqlıqda mən general olmaq istəyirdim. Atam Heydər Əliyev general olanda mənim altı yaşım vardı. Əlbəttə, hərbi forma, general poqonları bütün uşaqlar üçün xüsusi ehtiram predmetidir. Uşaqlıqda biz hamımız müharibə oyunları oynayırdıq, hamımız özümüzü böyük sərkərdələr kimi təsəvvür edirdik. Mənə gəldikdə isə, hər gün generalı evimizdə görürdüm. Buna görə də təbii ki, mən də atam kimi general olmaq arzusunda idim. Mən general olmadım, lakin bütün başqa məsələlərdə atam kimi olmağa çalışıram.

-Müsahibəyə görə Sizə bir daha təşəkkür edirəm.

-Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib