RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu!
Milli bayram – Respublika günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Qoy bu bayram Azərbaycan Respublikasının hər bir vətəndaşının qəlbini sevinc, tükənməz enerji ilə, nikbinliklə və gələcəyə əminlik hissi ilə doldursun. Ötən illər ərzində Azərbaycan Respublikası dövlət quruculuğu və iqtisadi potensialın artırılması sahəsində böyük uğurlar qazanmış, beynəlxalq aləmdə və Müstəqil Dövlətlər Birliyində onun nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir.
Əminəm ki, Azərbaycan xalqının zəngin tarixi və qədim mədəniyyəti, müdrikliyi və əməksevərliyi onun firavanlığı və tərəqqisinin rəhni olacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanın işıqlı gələcəyi naminə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Sergey Lebedev
MDB-nin İcraiyyə Komitəsinin sədri-icraçı katibi