Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya səfəri nəticəsində iki ölkənin tərəfdaşlığının daha bir yol xəritəsinin əsası qoyuldu

Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya səfəri nəticəsində iki ölkənin tərəfdaşlığının daha bir yol xəritəsinin əsası qoyuldu

Moskva, 25 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri ilə Azərbaycan-Rusiya tərəfdaşlığının daha bir yol xəritəsinin - innovasiyalar və elmi texnologiyalar sahəsində əməkdaşlığın əsası qoyuldu. Yeni yol xəritəsinin layihəsi dekabr ayında Bakıda keçiriləcək Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının mövzularından biri olacaq. Bu mühüm sənədin gələn il imzalanacağı gözlənilir. Rusiyada həyata keçirilən “Skolkovo” İnnovasiya Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Moskva Hökumətinin “Elmi-texniki vadi” və digər layihələrin təcrübəsindən Azərbaycanda uğurla istifadə edilə bilər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini əks etdirdi. Rusiya Prezidenti Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edərək, onun dövlətlərarası əlaqələrin inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirdi.

Birinci vitse-prezident Mehriban Əliyeva səfəri çərçivəsində Rusiya Hökumətinin sədri Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü, İrina Viner-Usmanovanın rəhbərlik etdiyi Gimnastika Mərkəzi, 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienalisini ziyarət etdi, Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimində və X Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etdi.

Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya rəsmi səfərinin iqtisadi sahədə yekunları sırasında Azərbaycan-Rusiya tərəfdaşlığının daha bir yol xəritəsini - innovasiyalar və elmi texnologiyalar sahəsində əməkdaşlığı xüsusi qeyd etmək olar. 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə ötən il imzalanmış plana ümumilikdə 5 yol xəritəsi daxildir. Bu əməkdaşlıq istiqamətləri ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması, rəqəmsal texnologiyaların tətbiqi, büdcə-vergi sektorunda təcrübə mübadiləsi və humanitar əlaqələrin inkişafına yönəldilib. Beş yol xəritəsinin daxil olduğu plan artıq öz nəticələrini verməyə başlayıb. Məsələn, 2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatıb. Ötən il qarşılıqlı əmtəə dövriyyəsi təxminən 14 faiz artıb və təqribən 2,5 milyard dollar təşkil edib. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Azərbaycan bazarında 700-ə yaxın birgə müəssisə fəaliyyət göstərir.

Hazırda maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə Azərbaycan-Rusiya birgə layihələri, o cümlədən “SOCAR Polymer” zavodu, “P-farm” əczaçılıq preparatları zavodu, Hacıqabul Sənaye Məhəlləsində “QAZ” markalı avtomobillərin yığılması üzrə zavodun inşası, “Azərikimya” müəssisələrinin modernləşdirilməsi, Gəncə avtomobil zavodunda “KamAz” Səhmdar Cəmiyyətinin və “Ural” avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması kimi layihələr həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” enerji dəhlizinin yaradılması üzrə iş aparılır.

Noyabrın 22-23-də Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda kənd təsərrüfatı sahəsində də əlaqələrin genişləndirilməsinin vacibliyindən söhbət açılıb. Bu ilin dekabrında Bakıda kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətə dair kompleks proqramın imzalanacağı, “Sahələrdən piştaxtaya” adlanan proqram çərçivəsində iki ölkənin toxum materialları istehsalından tutmuş kənd təsərrüfatı texnikası, logistika və ticarət şəbəkələrinin qarşılıqlı fəaliyyətinədək müxtəlif sahələrdə əməkdaşlığının nəzərdə tutulduğu bildirilib.

Forumda çıxış edən Rostov vilayətinin qubernatoru Vasili Qolubyev Rostov ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin 2017-ci illə müqayisədə 9,4 faiz artaraq 47 milyon dollara çatdığını qeyd edib. Onun sözlərinə görə, bu ilin sonunadək “Donskoy ekskavator” şirkəti Azərbaycana kənd təsərrüfatı texnikasının ixracına dair müqavilə imzalamağı planlaşdırır. Qubernator Rostovun “Voterfoll” müəssisəsi ilə Azərbaycanın “SOCAR Polymer” zavodu arasında əlaqələri yüksək texnologiyalar sahəsində əməkdaşlıq istiqamətində mühüm addım adlandırıb. Ekspertlərin hesablamalarına görə, bu layihənin ixrac həcmi 1,5 milyard rubldan artıq olacaq. V.Qolubyev gələn il Rostov vilayəti nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını və mühüm sənədlərin imzalanacağını da qeyd edib. Qubernator, həmçinin gələn ilin may ayında Azərbaycan rəhbərliyini 416-cı Azərbaycan atıcı diviziyasının şərəfinə ucaldılmış “Sambek yüksəkliyi” xatirə kompleksində muzey kompleksinin açılışına dəvət edib. O xatırladıb ki, 1980-ci ildə abidənin açılışında ümummilli lider Heydər Əliyev iştirak etmişdi.

Rusiya Federasiyasının Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev forum çərçivəsində jurnalistlərə müsahibəsində bildirib ki, Dağıstan kənd təsərrüfatı sahəsində Azərbaycanın təcrübəsini öyrənir. Belə ki, Azərbaycanda kənd sahibkarları üçün çox əlverişli güzəştli şərait yaradılıb, vergilər azaldılıb. Dağıstan bu təcrübəni tətbiq etməyi planlaşdırır. V.Vasilyev, həmçinin Mahaçqala-Bakı sürət qatarının, Mahaçqala ilə İran arasında aviareysin açılacağını da diqqətə çatdırıb.

Forum çərçivəsində təşkil olunmuş “Sənaye sahəsində əməkdaşlıq”, “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri”, “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Humanitar sahədə əməkdaşlıq” mövzularında dəyirmi masalarda tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məleykə Abbaszadə: XI sinif buraxılış imtahanları ilə bağlı apellyasiyanın nəticəsi ümumi vəziyyəti dəyişməyəcək

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: İki oyuna əcnəbi VAR hakimi təyin olunub

Müdafiə Nazirliyi: Ötən ay 254 hektardan çox ərazi minalardan tam təmizlənib

DİM rəhbəri müsabiqədə imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edib

Dağıstan İƏT ölkələri və Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək

Məleykə Abbaszadə: Gələn həftə 46 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə imtahan verəcək

Polis əməkdaşları itkin düşmüş şəxsləri taparaq aidiyyəti üzrə təhvil veriblər

Klublardan AFFA-nın qərarına münasibət: Hakimin əcnəbi və ya yerli olması önəm kəsb etmir

Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb

DİM sədri: Elektron imtahanlar korpusunda 2 gün ərzində 2800 nəfər imtahan verəcək VİDEO

46-cı ICPC dünya finalı iştirakçıları olan ADA komandasının mükafatlandırılması keçirilib

Son bir həftə ərzində Xankəndidə 43 avtomat silahı aşkarlanaraq götürülüb

“Rusiya-İslam dünyası” forumunda “Şimal-Cənub” dəhlizinin inkişafı müzakirə olunub

Milli Məclisin sədri gender bərabərliyinin təminində qarşıya çıxan problemlərdən danışıb

Azərbaycan millisinin voleybolçusu: Bu cür turnirlər komandanın inkişafına müsbət təsir edəcək

Rüstəm Hüseynov Bakıdakı Rus evində yeni mühazirə oxuyub

BMA-da “İqlim dəyişmələri” haqqında müzakirə aparılıb

Hindistanda avtobusun yanması nəticəsində doqquz nəfər ölüb

Zelenski: Tərəfdaşlar Ukraynanı Rusiya ilə danışıqlara sövq etmir

Belarus xalqı Azərbaycanı Cənubi Qafqazda sülhün qarantı hesab edir ŞƏRH

Avrozonada apreldə inflyasiyanın ən az artımı Litvada qeydə alınıb

Nəriman Abbasov çempionluq kəməri uğrunda döyüşə çıxır

“Türk mənşəli arxaizmlər lüğəti” Azərbaycan dili tarixinin öyrənilməsi üçün zəngin material mənbəyidir

Kaliforniya ABŞ-da işsizlik nisbətində liderliyini davam etdirir

Agentlik sədri: Proqramlaşdırma müsabiqələrinin rolu ölkənin rəqəmsallaşmasında vacibdir

Merilənd Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

DİM rəhbəri: 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazanıblar

Fransanın Cənubi Qafqaz siyasəti bumeranq effekti verdi ŞƏRH

Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizindən danışıb

Milli motivlər əsasında hazırlanmış zinət əşyaları ABŞ-da təqdim olunub

Məleykə Abbaszadə: Abituriyentlər yalnız öz güclərinə güvənsinlər

Azərbaycan Basketbol Liqası: Bu gün üçüncü yerin sahibi bəlli ola bilər

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir

Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb

Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb

DİN: Ötən gün 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Faktiki hava: Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib

“Azeri Light” markalı neft bahalaşıb

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

Akademik Mirməmməd Cavadzadənin 97-ci illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir

Şəki Xan sarayı bərpa olunacaq

Məktəblilərimiz ABŞ-da keçirilən ISEF yarışmasında ilk dəfə medal qazanıblar

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Slovakiyaya qarşı

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda qanunsuz tikintilərin qarşısını alıb

Yaponiya parlamenti boşanmış valideynlərə birgə qəyyumluq icazəsi verən qanun qəbul edib

Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlanıb

Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 67 cinayətin üstü açılıb

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı başlanıb

Naxçıvan şəhərinin su təminatı yaxşılaşdırılır

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb

Beynəlxalq Riyaziyyat Müsabiqəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 7 məktəbli medal əldə edib

IV sinif şagirdləri üçün monitorinq keçirilir

Oğuzda quldurluq edən şəxs saxlanılıb

Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün" tamaşası səhnələşdirilib

Bakıda qəzaya görə mərkəz istiqamətində sıxlıq yaranıb

“Heydər Əliyev kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

“Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

“Bir muzeyin sirri”: tarixi-mədəni yaddaşa düşən işıq

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır