SİYASƏT
AZƏRBAYCANLILARIN TALLİNNDƏKİ BAZAR GÜNÜ MƏKTƏBİNİN MÜƏLLİMLƏRİ ESTON DİLİNİ ÖYRƏNİRLƏR
Tallinn, 4 iyun (AZƏRTAC). Tallinndə Estoniyadakı milli azlıqların bazar günü məktəbləri müəllimlərinin eston dili sahəsində biliklərinin təkmilləşdirilməsi məqsədi ilə gerçəkləşdirilən layihə çərçivəsində pulsuz kurslar başa çatmışdır.
Kurslarda Azərbaycan, rus, Ukrayna və digər bazar günü məktəblərinin nümayəndələri iştirak etmişlər.
Estoniya milli azlıqları bazar günü məktəbləri müəllimləri birliyinin üzvü Roman Lyaqu bildirmişdir ki, Təhsil və Elm Nazirliyinin dəstəyi ilə keçirilən kurslar yüksək səviyyədə təşkil olunmuşdur.
Layihənin əlaqələndiriciləri İrina Kərimova və İraida Zaxarovanın sözlərinə görə, hələlik bazar günü məktəblərinin yalnız 18 müəllimi kurslarda iştirak etmişdir. Ümid etmək olar ki, Təhsil və Elm Nazirliyi eston dilini öyrənmək istəyənləri dəstəkləyəcək və belə kurslar növbəti təhsil ilində də təşkil olunacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn