Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BAKI DÖVLƏT UNİVERSİTETİNİN YENİ KORPUSUNUN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

BAKI DÖVLƏT UNİVERSİTETİNİN YENİ KORPUSUNUN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!

Əziz tələbələr!

Əziz müəllimlər!

Mən sizi, ilk növbədə, yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Eyni zamanda, bu gün Bakı Dövlət Universitetinin həyatında çox gözəl və əlamətdar bir gündür. Bu gün universitetin yeni gözəl korpusu açılır və bu münasibətlə də sizi ürəkdən təbrik edirəm.

Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır.

Bildiyiniz kimi, Azərbaycanda təhsil məsələlərinə çox böyük diqqət göstərilir. Dövlət siyasətində təhsil məsələləri, demək olar ki, prioritet məsələlərdir. Təhsil məsələlərinə ayrılan büdcə xərcləri ildən-ilə artmaqdadır. Həm orta məktəblər üçün binalar tikilir, həm ali məktəblərdə yeni korpuslar tikilir, avadanlıq alınır, o cümlədən Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün avadanlıq, laboratoriyalar alınmışdır. Yəni dövlət öz tərəfindən əlindən gələni etməyə çalışır ki, Azərbaycanda təhsil sistemi daha da inkişaf etsin və təhsilin keyfiyyəti artsın. Əlbəttə ki, gənclər, tələbələr, yaxud da məktəblərdə oxuyan uşaqlar, çalışan müəllimlər yaxşı şəraitdə yaşamalıdırlar, oxumalıdırlar, işləməlidirlər.

Təhsil işçilərinin sosial müdafiəsi məsələləri də öz həllini tapır. İldən-ilə artan maaşlar, əmək haqları bunun əyani sübutudur. Biz gələcəkdə də bu siyasətə sadiq olacağıq. Çünki təhsil hər bir ölkənin gələcəyini müəyyən edir. Biz bu məsələyə məhz ona görə diqqət göstəririk ki, istəyirik gənc nəsil bilikli olsun, savadlı olsun və Azərbaycanın uzunmüddətli inkişafını təmin etsin.

Azərbaycan çox zəngin ölkədir. Bizim böyük təbii resurslarımız vardır. Ancaq bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik. Azərbaycanın zəngin neft-qaz yataqlarının işlənilməsi nəticəsində əldə edilmiş gəlirlər o cümlədən təhsil məsələlərinə sərf olunur. Bu yaxınlarda qəbul edilmiş müxtəlif proqramlar çərçivəsində gənclərin daha da gözəl təhsil alması üçün əməli-praktik tədbirlər görülübdür. Həm tələbələrin təqaüdləri artırılıb, həm də xüsusi proqram çərçivəsində istedadlı tələbələrin xarici ölkələrin aparıcı ali məktəblərində oxuması nəzərdə tutulur. Ancaq mən çox istərdim ki, Azərbaycanda təhsilin keyfiyyəti və səviyyəsi o qədər yüksək olsun ki, xarici ali məktəblərə tələbələrin göndərilməsinə heç ehtiyac qalmasın. Əminəm ki, biz buna nail olacağıq. Çünki bunu etmək üçün bütün imkanlar var.

Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı üçün mütləq bütün sahələrdə çox güclü peşəkar mütəxəssislər olmalıdır. Elə mütəxəssislər ki, onlar müasir şəraitə uyğun şəkildə fəaliyyət göstərəcəklər. İndi dünya dəyişir, qloballaşma prosesləri gedir. Azərbaycan bu işlərdə geridə qalmamalıdır. Biz bütün mütərəqqi, qabaqcıl təcrübəni Azərbaycanda tətbiq etməliyik. Bizə sərf edən təcrübəni Azərbaycanda tətbiq etməliyik. Ona görə həm müəllimlər öz peşəkarlıq səviyyəsini qaldırmalıdırlar, təhsilin keyfiyyətində yeni mərhələ başlanmalıdır. Eyni zamanda, tələbələr də bilməlidirlər ki, həyatları, gələcəyi üçün, ilk növbədə, onların bilik səviyyəsi rol oynayacaqdır.

Bu gün bütün başqa ölkələr kimi, Azərbaycan da öz iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında qurubdur və bu, ölkəmizə çox böyük mənfəət gətiribdir. İndi Azərbaycanda bazar iqtisadiyyatının bütün istiqamətləri güclənir. Bu yaxınlarda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılmış tədqiqata görə, Azərbaycan iqtisadi islahatlar işində dünya miqyasında birinci ölkədir. Yəni bu onu göstərir ki, Azərbaycanda çox köklü iqtisadi islahatlar aparılmışdır və onlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafı üçün şərait yaradır.

Bazar iqtisadiyyatı şəraitində hər bir insan, hər bir vətəndaş, əlbəttə ki, dövlətdən qayğı və diqqət görməlidir. Ancaq, eyni zamanda, öz gücünə güvənməlidir. Hər bir insanın gücü isə əlbəttə ki, onun biliyindən aslıdır. Ona görə mən əminəm, bizim gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır. Dövlət də öz tərəfindən bu şəraiti yaratmalıdır. Bu gözəl korpusların tikintisi, digər məsələlərin həlli, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmlənməsi işlərində dövlət öz köməyini göstərəcəkdir.

Mən çox şadam ki, indi Azərbaycanda, ümumiyyətlə, cəmiyyətdə təhsilə çox böyük diqqət var. Artıq hər kəs başa düşür ki, ölkəmizin uzunmüddətli inkişafını bilik səviyyəsi müəyyən edəcəkdir. Əgər dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxsaq görərik ki, onlarda inkişaf və tərəqqi məhz texnologiyalar deyil, təhsil sahəsində mümkün olmuşdur. Neft-qazla zəngin olan ölkələrin bir neçəsi, öz potensialını tam şəkildə işə sala bilməmişdir. Azərbaycanın timsalında biz görürük ki, həm güclü maddi baza əsasında, həm təbii resursların sayəsində, həm də yeni texnologiyalar, yeni yanaşmaları tətbiq etməklə ölkəmizi gücləndiririk. Təbii ehtiyatlar bizim üçün bir vasitədir. Ölkəmizin hərtərəfli inkişafı, bölgədə Azərbaycanın mövqelərinin möhkəmlənməsi, regional çərçivədə qabaqcıl ölkəyə çevrilməsi – bütün bu məqsədlərə çatmaq üçün müxtəlif amillər lazımdır və demək olar ki, onların hamısı var. Həm güclü iqtisadiyyat, güclü siyasət, sabitliyin möhkəm olması, xalqla iqtidar arasında olan birlik, güclü sosial siyasətimiz, təhsil və digər sosial, humanitar məsələlərə diqqətimiz - bütün bunlar ölkəmizi gücləndirir. Bu gün sirr deyil ki, Azərbaycan bölgədə həlledici mövqelərə malikdir. Bizim artan iqtisadi və siyasi çəkimiz Azərbaycanı güclü inkişaf etmiş ölkəyə çevirməlidir və bu məqsəd qarşımızda dayanır. Əlbəttə, təhsil məsələlərinə bir daha qayıtmaq istəyirəm: peşəkar, bilikli kadrlar olmadan biz heç bir məqsədə çata bilmərik.

Mən bu gün çox şadam ki, Bakı Dövlət Universiteti təzə korpusunun açılışı ilə tələbələrə, müəllimlərə yeni şərait yaradır. Bu binanın tikintisi uzun illər idi ki, aparılırdı. Ancaq görülən əlavə tədbirlər nəticəsində, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin hesabına bu korpusun tikintisi tezliklə başa çatmışdır və bu gün həm tələbələrin, həm də müəllimlərin ixtiyarına verilir.

Bu gözəl hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə uğurlar, cansağlığı arzulayıram.

Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub