Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual problemləri” XII beynəlxalq elmi-praktik konfransı keçirilib

Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual problemləri” XII beynəlxalq elmi-praktik konfransı keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Elmi-tədqiqat layihələri laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin təşkilatçılığı ilə onlayn formada xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” XII beynəlxalq elmi-praktik konfransı keçirilib.

BSU-nun Mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması vasitəsilə keçirilən beynəlxalq elmi-praktik konfransda Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının, Qaraqalpaq Muxtar Respublikasının tanınmış universitetlərinin, həmçinin respublikamızın ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, elmi müəssisə və təşkilatların alim-mütəxəssisləri iştirak ediblər.

Konfransın plenar iclasında BSU-nun rektoru, professor Nurlana Əliyeva “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Rektor bildirib ki, “Azərbaycanşünaslığın aktual problemləri” beynəlxalq elmi-praktik konfransı müasir dövrümüz üçün böyük əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin xalqımızın rəsmi milli ideologiyası kimi müəyyən etdiyi azərbaycançılıq ideologiyası bir çox istiqamətləri əhatə edir. BSU-nun gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan bir ali təhsil müəssisəsi kimi bu beynəlxalq elmi-praktik konfransı keçirməsi olduqca təqdirəlayiqdir. Biz tələbə-gənclərimizi bilikli, bacarıqlı, müasir dünyagörüşünə malik, peşəkar və yüksəkixtisaslı kadrlar kimi, eyni zamanda, xalqını, millətini ürəkdən sevən vətənpərvər, yüksək milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyasına, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edib formalaşdırmalıyıq.

Rektor qeyd edib ki, beynəlxalq elmi-praktik konfrans həm də əlamətdar bir dövrə təsadüf edir. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, yenilməz iradəsi, hərbi məharəti, möhtəşəm diplomatiyası, hünəri, rəşadəti və şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində tarixi Qələbə qazandı. Bu Qələbə nəticəsində xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoyuldu. Xalqımız bu möhtəşəm Qələbənin sevincini, qürurunu yaşayır. Qeyd etmək lazımdır ki, tarixi ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olmasında və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi kurs və strateji dövlətçilik konsepsiyası mühüm rol oynadı. Bugünkü müstəqil, hüquqi, demokratik, dünyəvi və hərtərəfli inkişaf edən, yüksək beynəlxalq siyasi nüfuza malik olan Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya miqyasında sayılıb-seçilən, nüfuzlu siyasi lider, mahir diplomat, qalib Ordunun Müzəffər Ali Baş Komandanıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sülhsevər missiyası, onun Azərbaycanın dünyada tanıdılması sahəsində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət çox təqdirəlayiqdir.

Rektor çıxışının sonunda beynəlxalq elmi-praktik konfransın təşkilatçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.

Konfransın plenar iclasında BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Qərbi Qazaxıstan Universitetinin professoru Tuyakbay Rısbekov, Cənubi Qazaxıstan Universitetinin professoru Aliya Kulumbetova, Qaraqalpaq Dövlət Universitetinin professoru Məleykə Djumamuratova, BSU-nun Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov məruzələrlə çıxış ediblər.

Sonra konfrans öz işini 7 bölmədə - “Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Vətən müharibəsi - Qarabağ Azərbaycandır!”, “Nizami Gəncəvi və azərbaycanşünaslıq”, “Azərbaycanşünaslıq və filologiya məsələləri”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycan iqtisadiyyatı və qloballaşma”, “Hüquq və siyasi elmlərin aktual problemləri” adlı bölmələrdə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 127 məruzə dinlənilib, maraqlı və səmərəli müzakirələr aparılıb.

Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib. Konfransın yüksək səviyyədə təşkil edildiyi xüsusi vurğulanıb, həmçinin qərar və tövsiyələr qəbul edilib.

Qeyd edək ki, işçi dilləri Azərbaycan, rus və ingilis dilləri olan “Azərbaycanşünaslığın aktual problemləri” XII beynəlxalq elmi-praktik konfransın materialları ayrıca toplu şəklində çap edilib. “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap edilən toplu sertifikatla birlikdə konfrans iştirakçılarına təqdim edilib, xarici ölkələrdən olan iştirakçılara isə onlayn formada göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir