DÜNYA
“Bir kəmər, bir yol” strategiyası Çinin ŞƏT ölkələri ilə əlaqələrini genişləndirir
Pekin, 28 oktyabr, AZƏRTAC
“Bir kəmər, bir yol” strategiyası Çinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri ilə əlaqələrini genişləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Xarici İşlər nazirinin köməkçisi Çen Syadon Çin Dövlət Şurasının Sədri (Baş Nazir) Li Keçyanın ŞƏT-in Hökumət Başçıları Şurasının Özbəkistanda keçiriləcək XVIII Zirvə Görüşündə iştirakı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Çinin Kommersiya nazirinin köməkçisi Li Çenqan isə ötən il ŞƏT ölkələrinin ümumi daxili məhsulunun həcminin 18 trilyon ABŞ dolları təşkil etdiyini, bu rəqəmin təşkilatın yaradıldığı 2001-ci illə müqayisədə 10 dəfədən çox olduğunu deyib.
Bildirilib ki, ŞƏT-in Hökumət Başçıları Şurasının noyabrın 1-2-də Daşkənddə keçiriləcək Zirvə Görüşündə 14 sənədin, o cümlədən üzv ölkələrin çoxtərəfli ticari-iqtisadi əməkdaşlığına dair proqramın yeni redaksiyasının müzakirə olunaraq qəbul edilməsi planlaşdırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin