MƏDƏNİYYƏT
Bir qədər sonra “Jara-2018” festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlayacaq
Bakı, 26 iyul, AZƏRTAC
Bakıdakı “Sea Breeze Resort” istirahət mərkəzində “Jara” Beynəlxalq Musiqi Festivalının başlanmasına dəqiqələr qalır. Bu an yaxınlaşdıqca “Jara” həyəcanı daha da artır. Qırmızı xalı dünya şöhrətli ifaçıları gözləyir.
AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasimində Alekseev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk’oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.